Menu

“Bir çox məsələlərə alternativ baxışımız olub” – Fazil Mustafa ATƏT müşahidəçilərinə cavab verdi

09.02.2024, 16:55
“Bir çox məsələlərə alternativ baxışımız olub” – Fazil Mustafa ATƏT müşahidəçilərinə cavab verdi

“ATƏT-in seçki missiyasının rəyində olan fikirlər trafaret və hazır qovluqda gətirilmiş fikirlərdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu prezident seçkisində namizəd olan Böyük Quruluş Partiyası sədri Fazil Mustafa "Turan"a açıqlamasında deyib.

"Bu, reallığı əks etdirmir. Məsələn, deyilir ki, indiki prezidentin siyasətinə alternativ hər hansı bir sənəd ortaya qoyulmadı. Mənim seçki platformam bütün Azərbaycanın problemləri ilə bağlı alternativ bir proqram idi. Prezidentin siyasəti prezident respublikasıdır, biz isə orada parlament respublikasına keçid, proporsional seçki sistemini göstərmişik. Orada bir çox məsələlərə alternativ baxışımız olub. Biz bu platformanı ATƏT nümayəndələrinə təqdim etmişik, onlar bununla tanış olmayıblarsa, bu, bizim günahımız deyil", - F.Mustafa qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol