Menu

Şolts Putinin müsahibəsini "gülünc" adlandırıb - "O, imperialistdir"

10.02.2024, 12:31
Şolts Putinin müsahibəsini "gülünc" adlandırıb - "O, imperialistdir"

Ötən gün Ağ Evdə görüşən ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

"AzPolitika.info" xəbər verir ki, gündəmdəki mövzular arasında Putinin bu günlərdə amerikalı jurnalistə verdiyi qalmaqallı müsahibə də olub.

Görüş zamanı Almaniya kansleri bu mövzuya toxunaraq, Putinin müsahibəsini "gülünc" adlandırıb.

"Putinin gülünc müsahibəsini görəndə başa düşürük ki, o, bu müharibənin tarixi haqqında həmişə yalan danışır. Bunu niyə etdiyini başa düşmək çox asandır. O, qonşularından bəzi torpaqları almaq istəyir. O, imperialistdir”,-deyə Şolts qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol