“Facebook” və “İnstagram”-ın sahibi olan “Meta” İranın ali dini lideri Ayətullah Əli Xameneinin hesablarını şirkətin “təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətini dəfələrlə pozduğuna görə” silib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. “Associated Press” qeyd edir ki, bu, böyük ehtimalla İranın HƏMAS-a dəstəyi ilə bağlıdır.
Xameneyi və İranın ali dini lideri ilə əlaqəli hesablar HƏMAS-ın İsrailə hücumunu tərifləyib. Xamenei hücumdan dərhal sonra çıxışında HƏMAS-a dəstək verib və deyib: “Sionist rejimə hücumu planlaşdıranların əllərindən öpürük”.
Maraqlıdır ki, “Facebook” 2009-cu ildən İranda qadağan edilsə sə, Xameneinin orada akkauntu fəaliyyət göstərib.
“AzPolitika.info”


Şərhlər