Menu

"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır" - Nikol Paşinyan

12.02.2024, 00:20
"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır" - Nikol Paşinyan

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib.

Siyasətçi güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq: “Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.

Şərhlər

Senan 2024-02-12 11:45:26

Ay errrməni,sən hansı tərərəfə burcudsan da onsuz da sənin bir deṣiyin bizə doğrudu ōzuu gōzlə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol