Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən təxribatdan sonra Azərbaycan Sialhlı Qüvvələrinin keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilən ermənilərin adlarını açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, onların adları erməni mətbuatında dərc edilib. Bunlar Arutyunyan Eduard Hamletoviç (1974-cü il), Manukyan Qaqik Varazdatoviç (1982-ci il), Ambartsumyan Arsen Qagik (1979-cu il), Oqanesyan Qraçya Talışeviçdir(1957-ci il).
Bundan əvvəl erməni mətbuatı yazmışdı ki, həlak olanlar “Yerkrapa” könüllü hərbi təşkilatının üzvləridir. Bu təşkilat Birinci Qarabağ müharibəsində döyüşən erməni yaraqlıları və terrorçuları tərəfindən yaradılıb.
Göründüyü kimi, adı çəkilən şəxslərin təvəllüdü göstərilsə də, hərbi rütbələri qeyd edilmir. Həm bu amil, həm də məhv edilənlərin yaşının 32-50 yaş arasında dəyişməsi, birininsə yaşının 60-ı keçməsi həmin şəxslərin doğrudan da “Yerkrapa”-nın üzvləri olduğuna dair qənaət yaradır.
***
Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.
APA xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “Azatutyun” radiostansiyasına deyib.
Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.
Ermənistan Müdafiə Nazirliyi də 4 hərbçisinin öldüyünü, birinin yaralandığını açıqlayıb.
***
Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.
APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda yaralıların olduğu da bildirilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

Şərhlər