Menu

Kamala Harris də prezident olmaq istəyir – “Xidmət etməyə hazıram”

13.02.2024, 11:12
Kamala Harris də prezident olmaq istəyir – “Xidmət etməyə hazıram”

2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkisində namizədliyini irəli sürən, lakin yaşı ilə əlaqədar tənqid olunan Co Baydenlə bağlı müzakirələr davam edərkən, ABŞ-nin vitse-prezidenti Kamala Harrisdən maraqlı bir açıqlama gəlib.

“AzPolitika.info” xəbər verir ki, “Wall Street Journal” nəşrinə müsahibə verən ABŞ vitse-prezidenti prezidentliyə namizəd ola biləcəyini deyib.

“Mən xidmət etməyə hazıram. Bununla bağlı heç bir sual yoxdur”,-deyə o qeyd edib. Harris həmçinin əlavə edib ki, onun liderlik qabiliyyəti başqa insanlar tərəfindən də görülüb.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-02-13 14:44:46

Xanım namizəd olarsa əminliklə demək olar ki ,Trampın şansı olmayacaq .ABŞ -da ilk qadın prezident

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol