Menu

“Avropa tək qaldı...” - “NATO-nun dağılması zaman məsələsidir”

13.02.2024, 13:33
“Avropa tək qaldı...” - “NATO-nun dağılması zaman məsələsidir”

Donald Trampın son açıqlamaları və respublikaçıların tutduqları mövqe dünyanın ən güclü hərbi alyansı olan NATO-nun gələcəyi ilə bağlı ciddi suallar yaratmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “Politico” nəşrinin bu mövzuyla bağlı hazırladığı yazıda NATO-nun dağılmasının qaçılmazlığı və bunun sadəcə, zaman məsələsi olduğu bildirilir.

Yazıda qeyd olunur ki, Avropa İttifaqı ölkələri artıq təhlükəsizlik baxımından ABŞ-yə və NATO-ya arxalana bilməzlər. Çünki Amerikada prezident seçkilərinin nəticələri yalnız “Şimali Atlantika Alyansının dağılma sürətini” müəyyən edəcək: “İndiki mərhələdə Donald Trampın ABŞ seçkilərində yenidən qalib olub-olmamasının demək olar ki, əhəmiyyəti yoxdur. Avropa tək qaldı. Bu seçkilərin Avropanın təhlükəsizliyi üçün həll edəcəyi yeganə real məsələ NATO-nun dağılma vaxtıdır”.

Yazıda deyilir ki, doğrudur, Co Bayden administrasiyası bu cür düşünmür və hesab edir ki, hazırkı Amerika lideri seçkidə qalib gəlsə, “NATO ölkələri həmişəki kimi təhlükəsizlikdə olacaq”. Lakin yazı müəllifləri bu yanaşma ilə razı deyillər. Onların fikrincə, Tramp-ın mövqeyi bir müddət Amerika siyasətində mühüm amil olaraq qalacaq və onun respublikaçıların sıralarından çıxacaq gələcək varisi də anti-NATO xəttini davam etdirəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol