Menu

Kreml Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

13.02.2024, 13:45
Kreml Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

Rusiya sərhədyanı bölgədə törədilən təxribatla bağlı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hər iki tərəfi təmkinli olmağa çağırırıq. Biz diqqətlə izləyəcəyik”, - Kreml sözçüsü qeyd edib.

D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiriləcəyinə ümidvardır.

Şərhlər

ƏNHU 2024-02-14 03:24:54

Biz də sizi təmkinli olmağa çağırırıq. Biz də Ukrayna məsələsini diqqətlə izləyəcəyik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol