Xəbər verdiyimiz kimi, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda bir ailənin üç üzvü - 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu qətlə yetirilib.
Qətlə yetirilən Bikə Əhmədova Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin direktoru olub. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında da qeyd edilib.

Bikə Əhmədova 01.09.2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
Mehman Əhmədov isə dəmir yolu işçisi olub. 2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub. Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, ailə üzvlərinin qətlində şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb (Qaynarinfo). Qatilin ailənin böyük oğlu olduğu bildirilir.
"Gününsesi.info"nun məlumatına görə, hadisəni törədən Əhməd Əhmədov ruhi xəstə olub.
Maştağa Psixiatriya Mərkəzində müalicə alan Əhməd Əhmədov anasının təkidi ilə oradan bir neçə gün əvvəl çıxarılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
***
Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Bikə Bədəl qız Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.


Şərhlər