Menu

Bakıda qadın küçədə qətlə yetirilib - Keçmiş həyat yoldaşı saxlanılıb

13.02.2024, 18:04
Bakıda qadın küçədə qətlə yetirilib - Keçmiş həyat yoldaşı saxlanılıb

Fevralın 13-də Bakı şəhərinin Nərimanov rayonunda qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, saat 17:30 radələrində sözügedən ərazidə küçələrin birində İbrahimova Sevinc Rəfail qızı qətlə yetirilib.

Cinayət əməlini tötətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol