Menu

Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər saxlanılıb

14.02.2024, 09:13
Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər saxlanılıb

Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev və Dəyanət Quliyev saxlanılıblar.

R.Paşayevin idarə etdiyi "Vaz 21074" markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitələri pul qarşılığında Bakı şəhəri ərazisinə çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. R.Paşayev və D.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Mehman 2024-02-14 10:20:29

viran olmuş iran dövlət səviyyəsində bunu təşkil edir. gənclərimizi məhv etmək üçün.

Eli 2024-02-14 09:26:37

Ehtiyac ve ağılsızliq insanların artiq cehennemin dibine çekir ve çox dehşetli ve geridönüşü olmayan bir dövr yaşayırıq.Allah milletiimize be Dövlietiimlze bu sinawlardan üzü ağ çıxmağı nesib etsin gencleriize ağıl ve sebr versin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol