Ermənistan Prezidenti Vaaqn Xaçaturyan silahlı qüvvələrin rəhbərliyində bir sıra mühüm təyinatlar edib.
"Report" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, V.Sarkisyan adına Hərbi Akademiyanın rəisi polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini təyin edilib. Digər sərəncamla Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna general-mayor Artak Budaqyan rəhbərlik edib.
Prezident, həmçinin Baş Qərargah rəisinin birinci müavini general-leytenant Kamo Koçuntsu tutduğu vəzifədən uzaqlaşdırıb.


Şərhlər
Düşünürəm ki, Ermənistan Prezidenti (bir zamanki M.S.Qorbaçov kimi) dünən qətiyyətlə Müdafiə Naziri və Qərargah rəisini vəzifədən azad etməklə özünün qonşuluq siyasətindəki Sülhə doğru yeni baxış mövqeyini öz ölkəsinə və siyasi dünyaya anlatmaq günahsız qurbanları da xilas etmiş olardı?