Menu

KTMT rəhbərindən sərhəddəki toqquşma ilə bağlı açıqlama – “Ayrı-ayrı dövlətlər...”

14.02.2024, 13:42
KTMT rəhbərindən sərhəddəki toqquşma ilə bağlı açıqlama – “Ayrı-ayrı dövlətlər...”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur”.

“AzPolitika.info” TASS agentliyinə istinadla xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov bu gün keçirdiyi brifinqdə deyib.

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzərin resurslarına çıxış əldə etmək və özlərini Mərkəzi Asiyaya birbaşa çıxışla təmin etmək cəhdləri var”, - Serdyukov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur.

“Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında vacib olaraq qalacaq”, - o əlavə edib.

Serdyukovun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Qərb Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.

“Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir etməkdə davam edir” -deyə, o, qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol