Menu

Livandan İsrailə raket atılıb - Ölən və yaralananlar var

14.02.2024, 12:58
Livandan İsrailə raket atılıb - Ölən və yaralananlar var

Livandan İsrailin şimalına raket atılıb, ölən və yaralananlar var.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, Livandan atılan raket nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Bildirilib ki, raket vurulmuş binadan bir qadının cəsədi aşkarlanıb. İsrail Müdafiə Qüvvələri (IDF) Livandan Şimal Komandanlığının Safeddəki qərargahına raketlərin atıldığını təsdiqləyib. "Livandan Netua, Manara ərazilərinə və İsrailin şimalındakı İDF bazasına çoxlu raket atışları qeydə alınıb", - IDF bildirib.

Raketin "Hizbullah" tərəfindən atıldığı güman edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol