Bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri 5 milyard 618,8 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə əvvəlki ilə nisbətən 3,9 % artaraq 552 manata çatıb.


Şərhlər
Bir tərəfli yarımçıq məlumay! Bəs 45-60 faiz bahalaşça şraitində bu 5 faiz artım əhaliyə necə təsir edib? Deməli əhali 40-55 faiz kasıblaşıb.