Menu

Putindən tibdə inqilab yaradacaq iddia – “Xərçəng peyvəndi hazır olmaq üzrədir”

15.02.2024, 12:47
Putindən tibdə inqilab yaradacaq iddia – “Xərçəng peyvəndi hazır olmaq üzrədir”

Moskvada “Gələcəyin Texnologiyaları” adlı forumda çıxış edən Rusiya lideri Vladimir Putin tibdə böyük inqilaba səbəb ola biləcək bir iddia irəli sürüb.

“AzPolitika.info” xəbər verir ki, Putin xərçəng xəstəliyinə qarşı aparılan peyvənd araşdırmaları haqqında məlumat verib.

Putin bildirib ki, rus alimləri xəstələrin istifadəsinə verilə biləcək xərçəng peyvəndi istehsal etməyə çox yaxındırlar.

“Xərçəng peyvəndi kimi tanınan immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, tezliklə fərdi müalicə üsullarında ffektiv istifadə olunacaq. 500-dən çox xərçəng klinikasının bu mövzuda aktiv şəkildə çalışır”,-deyə o qeyd edib.

Putin peyvəndin hansı xərçəng növünə qarşı təsirli olduğuna dair heç bir məlumat verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol