Menu

Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb

15.02.2024, 18:24
Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, fevralın 16-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Şərhlər

Moshu 2024-02-15 21:10:23

Azpolitika qeyd edir ki, Milli Məclisin 16 fevral iclasında gündəliyə 7 məsələ çıxarılır. Bəzi fikirlərimi dəyərli oxucularımızla bölüşmək istərdim. Fevralın 16-da iclasa bir qədər qalana qədər müəyyən ediləcəkdir ki, birinci məsələ Baş nazirin təsdiq edilməsi məsələsidir. Bu məsələlər o qədər gizlin saxlanılır ki, saytlarda kimin baş nazir, ayaq nazir olması barədə məlumatlar tirajlanır. Bu ilki seçkilər Prezidentə olan istəyin, məhəbbətin dairəsini, coğrafiyasını bir daha bütün dünyaya mesaj verdi. Özüm neçə illərdir ki, seçkilərdə bu qəddər iştirak etmişdim, hələ belə möhtəşəmliyi, belə ajioatı görməmişdim. Elə bildim ki, insaNLAR ÇÖRƏK NÖVBƏSİNƏ düzülüblər, hamının üzündə sevinc, yüksək əhval-ruhiyyə. Cənab Prezidentə ilk növbədə sağlam ömür, iradə, qətiyyət və s. nə kimi müsbət xüsusiyyətlər varsa onu arzulayıram. Əsas arzum, istəyim nədən ibarətdir? Bu 7 ildə heç vaxt arzulamazdım ki, seçimimdə peşimançılıq hissi keçirim. Qohumluq, dostluq, nə bilim başqa nələr, vacib deyil, iş istəyənə deyil bilənə verilsin. Korrupsiyaya, çirkaba bulaşmış birisini cəzalandırmaq əvəzinə, yuxarı vəzifəyə təyin etmək ən azından bu vəzifəli şəxsin yerində olmamasından xəbər verir. Konkret bir misal: Sumqayıt səhiyyə şöbəsinin sabiq müdiri Səkinə Sadıqova barəsində aylarla korrupsioner, rüşvətxor kimi korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən fəaliyyəti yoxlanılmış, nəticədə tutduğu vəzifədən azad edilmişdir. Sonda məlum olmuşdur ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu xanımı özünə müşavir təyin etmişdir. Bu kiçik bir faktdır. Arzum ondan ibarətdir ki, belə və buna oxşar anormal vəziyyətlərdən qurtulaq. Bütün sahələrimiz bnelə bərbad vəziyyətdədir, istər icra, istər mərkəzi icra, qaunvericilik hakimiyyəti, hamısı bərbad vəziyyətdədir. Faktları sadalasam, gərək Azpolitika bir neçə nömrəsini mənim iradlarıma həsr etsin. Bir sözlə, Sizi deyə bilmərəm, bu 7 ili insan kimi yaşamaq istəyirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol