Menu

Əhməd buna görə əsgərliyə aparılmayıb - RƏSMİ AÇIQLAMA

15.02.2024, 20:44
Əhməd buna görə əsgərliyə aparılmayıb - RƏSMİ AÇIQLAMA

Bakıda beş ailə üzvünü amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına dair suala aydınlıq gəlib.

Suala cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov verib.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib.

Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhməd Mehman oğlu Əhmədov Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib” , - qurum rəsmisi bildirib.

Şərhlər

dadaşyev 2024-02-15 23:28:22

Vallah şəhərdə gəzən söz-söhbətlərə görə,Əhməd Mehmanın birinci arvaddan olan oğludu,o arvad da milyarder Qod Nisanovun qohumu olub və ondan çoxlu var-dövlət qalıbmış ona, amma çoxusunu Əhmədə verməyiblər.Bir ev,bir maşın veriblər,gündə də 30 manat xərclik.İlişəndə də dəlilik kağızıyla qurtarıblar,elə 44 günlük müharibə qabağı da o kağızla əsgərliyə yaramayıb.Yəni guya var-dövlətin ədalətsiz bölgüsüylə razılaşmayıb Əhməd, o böyük varidat üstündə də nəticədə alışıb qisas hissi.Amma dediyim kimi el arasında gəzən söhbətdi, hələ təsdiqini tapmayıb.Hər bir halda son dərəcə böyük faciədir bir ailə üçün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol