"FİFA Puşkaş Mükafatı" üçün namizədlər bəlli olub

FİFA-nın təşkil etdiyi və ilin ən yaxşı qoluna verilən "FİFA Puşkaş Mükafatı" üçün namizədlər bəlli olub.

ANS PRESS-in məlumatına görə, 2009-cu ildən bəri təşkil olunan mükafata namizədlər arasında PSJ-nın forması geyən isveçli Zlatan İbrahimoviç, "Mançester Yunayted"in qolçusu hollandiyalı Robin Van Persie və Madrid "Real"ında top qovan kolumbiyalı Xames Rodrigesin də adı var.

Ən yaxşı qolların videosunu sizə təqdim edirik: