Menu

Mansur Yavaş CHP-dən getdi - Müstəqil olacaq...

23.09.2026, 18:14
Mansur Yavaş CHP-dən getdi - Müstəqil olacaq...

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib. 

Yavaş bu barədə sosial media hesabında bildirib. O, müəyyən açıqlamalara görə, CHP-dən istefa verdiyini qeyd edib.

Mansur Yavaş siyasi fəaliyyətinə müstəqil şəkildə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl CHP-nin keçmiş sədri Özgür Özel 90 millət vəkili ilə CHP-dən istefa verib, "Yeni Partiya" adlı partiya yaratdığını açıqlayıb.

Xatırladaq ki, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Ankara Məhkəməsinin qərarına əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

"AzOolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol