Menu

"NATO kimin prezident olmasından asılı olmayaraq ABŞ ilə müttəfiq qalacaq"- Baş katib

15.02.2024, 23:16
"NATO kimin prezident olmasından asılı olmayaraq ABŞ ilə müttəfiq qalacaq"- Baş katib

Bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra kimin Ağ Evdə olmasından asılı olmayaraq, ABŞ NATO-nun sadiq müttəfiqi olaraq qalacaq.

“Report” xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq “Sky News”a müsahibəsində deyib.

“NATO-nun Konqresdə əhəmiyyətli ikitərəfli dəstəyi var. İttifaqın güclü qalması Birləşmiş Ştatların marağındadır. ABŞ Çindən getdikcə daha çox narahat olur, bu səbəbdən onun tərəfində 30 müttəfiqin olması daha vacibdir”, - baş katib bildirib.

Stoltenberq ABŞ-nin keçmiş prezidenti Donald Trampın tənqidinin ona yönəlmədiyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol