Xəbər verildiyi kimi, Rusiya müxalifətinin ən tanınmış siması olan Aleksey Navalnı həbsxanada vəfat edib.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “İzvestiya” nəşrinin yazdığına görə, müxalif siyasətçinin ölüm səbəbi müəyyənləşib. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, buna səbəb qan laxtalanması - tromb olub. Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
"Baza"nın xəbərinə görə,, Navalnının bu gün saat 13:00 radələrində vəziyyəti pisləşib. Onun üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq, Navalnı saat 14:17-də vəfat edib.
Bundan öncə, fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cərimə kamerasına göndərilib.
Aleksey Navalnının 47 yaşı var idi. O, 2021-ci ilin əvvəlindən həbsdədir. 2023-cü ilin avqustunda Moskva Şəhər Məhkəməsi siyasətçini “ekstremizm” işi üzrə 19 il müddətinə azadlıqdan məhrum edib.
Navalnı ötən ilin dekabrında Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndində yerləşən 3 saylı “Qütb canavarı” islah koloniyasına yerləşdirilib. Bu koloniya xüsusilə təhlükəli cinayətkarlar üçün nəzərdə tutulub.
“AzPolitika.info”
***
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib. APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Federal Penitensiar Xidməti müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Navalnının cəzasını çəkdiyi Yamal-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında gəzintidən sonra halı pisləşib, o, huşunu itirib.
“Navalnıya bütün lazımi tibbi yardımlar göstərilib, lakin müsbət nəticəsi olmayıb. Həkimlər məhbusun ölüm faktını qeyd ediblər”, - Federal Penitensiar Xidmətin məlumatında qeyd olunub.
Onun ölüm səbəbi araşdırılır.

Şərhlər
belə ölümlər diktatura rejimlərdə tez-tez olur ,Putin onu sağ buraxsaydı özünə qəbir qazmış olardı .Zatən onun öldürüləcəyi məlum idi Deməli düyməyə basıldı .Növbədə Saakaşvili sonra isə yəqin ki ......