Suraxanı rayonu, Hövsan qəsəbəsində bəzi yollar keçilməz vəziyyətdədir.
Belə ki, bir neçə gündür hökm sürən qeyri-sabit hava səbəbindən suyun səviyyəsi yüksəlib, yolları su basıb.
Məsələ ilə bağlı Baku TV-nin əməkdaşı Hövsan Bələdiyyəsində olub.
Bələdiyyə sədri Elbrus Xəlilov ona ünvanlanan sualları tam şəkildə cavablandıra bilməyib: “Yağışın təsirindən borular çatdırmır. Təbii haldır. Mövcud vəziyyətlə bağlı müvafiq qurumlara müraciət etmişik”.


Şərhlər