Menu

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək

17.02.2024, 14:12
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.

Qeyd edək ki, bundan öncə Fikrət Məmmədov ədliyyə naziri olub.

Şərhlər

Şəlili 2024-02-18 00:02:28

Azərbaycanda nazir vəzifəsi hakimdən aşağıdır?

ƏNHU 2024-02-17 23:09:25

Adam demir ki, daha bəsdir, ömür 70-dən-75-dən oyana deyil. 5-3 ilim qalıb, gedim bir az da ALLAHımla münacat edim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol