Menu

Rusiyanın daha 3 qırıcısı vurulub? – "İşğalçının təchizat bazalarına zərbə endirilib"

17.02.2024, 16:36
Rusiyanın daha 3 qırıcısı vurulub? – "İşğalçının təchizat bazalarına zərbə endirilib"

Ukrayna ordusunun dünən gecə Donetsk vilayətinin Avdeyevka şəhərini tərk etməsindən sonra Rusiya HHQ-nin qırıcıları Ukrayna HHM sistemlərinin atəş radiusuna daxil olub.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna "Teleqram" kanalları gün ərzində Rusiyanın 2 ədəd “Su-34” və 1 ədəd “Su-35” qırıcısı məhv edildiyinə dair mlumat yayıb. 

Qeyd olunur ki, Ukrayna ordusu arxa cəbhədə Rusiyanın enerji və hərbi infrastrukturuna qarşı zərbələri uğurla davam etdirir.

Bu saatlarda Kursk vilayətində neft bazası, İjevskdə dron istehsalı sexi yanır. Rostov və Belqorod vilayətlərində, Mariupol və Volnovaxa şəhərlərində bir neçə obyektə zərbələr endirildiyi də iddia edilib.

Qeyd edək ki, məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib 

Rasim Əliyev

“Azpolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol