Menu

Ukrayna ordusu və separatçılar razılığa gəldilər

02.12.2014, 09:03
Ukrayna ordusu və separatçılar razılığa gəldilər

Ukrayna ordusu və qondarma Luqansk xalq respublikasının nümayəndələri dekabrın 5-dən etibarən atəşkəs rejimi, dekabrın 6-dan isə təmas xəttindən ağır texnikanın geri çəkilməsinə dair razılıq əldə ediblər.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT müşahidəçilərinin məlumatında deyilir.

“Atəşkəs barədə razılaşma dekabrın 5-dən qüvvəyə minir. Ağır texnika ərazidən dekabrın 6-dan etibarən çıxarılacaq”, sənəddə qeyd edilib.

Tərəflər arasında müvafiq qərar birgə nəzarət və əlaqələndirilmə Mərkəzi çərçivəsində məsləhətləşmələrin yekunlarına görə qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol