Menu

Saakaşvili baş nazir müavini vəzifəsindən imtina etdi

02.12.2014, 09:13

saakashvili-mikhail.siGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın baş nazirinin müavini olması ilə bağlı ona edilən təklifdən imtina edib. Modern.az saytının verdiyi xəbərə görə bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Məlumata görə Mixail Saakaşvili vəzifəyə görə Gürcüstan vətəndaşlığından çıxmağa hazır olmadığını bəyan edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Devid Kereselizde Saakaşvili Ukraynada vəzifəyə gətirilərsə, bunun iki ölkə arasında münasibətlərdə pozitiv fon yaratmayacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol