Menu

Qəzzada İsrail ordusunun daha bir hərbçisi ölüb

19.02.2024, 09:29
Qəzzada İsrail ordusunun daha bir hərbçisi ölüb

Qəzza zolağında ötən il oktyabrın 7-də müharibə başlayandan bəri İsrail Müdafiə Qüvvələrinin itkiləri 574 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daha bir İsrail hərbçisi səhər saatlarında Qəzza zolağının cənubunda HƏMAS hərəkatı ilə döyüşlərdə həlak olub. Qəzza sektorunda yerüstü əməliyyatlar başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 236 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol