Menu

Rusiya-Ukrayna müharibəsi neft şirkətlərinə milyardlar qazandırıb - "Supermajorlar" 281 milyard dollar gəlir əldə edib

19.02.2024, 11:38
Rusiya-Ukrayna müharibəsi neft şirkətlərinə milyardlar qazandırıb - "Supermajorlar" 281 milyard dollar gəlir əldə edib

Rusiyanın Ukrayna müharibəsi fonunda artan enerji qiymətləri dünyanın ən böyük beş neft şirkətinə milyardlarla dollar vəsait qazandırıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Global Witness" təşkilatı məlumat yayıb.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ilin fevralından bəri "supermajorlar" kimi tanınan - "BP", "Shell", "Chevron", "ExxonMobil" və "TotalEnergies" neft şirkətləri ümumilikdə 281 milyard dollar qazanıblar.

Böyük Britaniyanın "BP" və "Shell" şirkətləri münaqişə başlayandan bəri ümumilikdə 94,2 milyard dollar gəlir əldə ediblər. "Global Witness"-in hesablamalarına görə, bu məbləğ Böyük Britaniyada bütün ev təsərrüfatlarının 17 aylıq elektrik enerji xərcini ödəməyə kifayət edir.

Qeyd olunur ki, "Chevron", "ExxonMobil" və "TotalEnergies" şirkətləri 187 milyard dollardan çox mənfəət əldə ediblər.

Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutu (IEEFA) bildirib ki, əmtəə bazarında aşağı qiymətlərə və mənfəətin azalmasına baxmayaraq, şirkətlər bu il səhmdarlara daha çox pul ödəyəcəklər.

IEEFA-nın məlumatına görə, iri neft şirkətləri 2022-ci ildə 104 milyard dollar dəyərində dividend ödənişləri və səhmlərin geri alınması ilə səhmdarlarını zənginləşdiriblər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol