Braziliya Prezidenti Luiz İnasio Lula da Silva İsrail hökumətini Qəzzada soyqırım törətməkdə ittiham edib və hərbi əməliyyatları Holokostla müqayisələndirib.
"AzPolitika.info" xəbər verir ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı sammitinə qatılan Lula İsrailin Qəzzaya hücumlarını Adolf Hitlerin hücumları ilə müqayisə edib.
Lula Qəzzada tərəflər arasında müharibə olmadığını, bunun müharibədən çox soyqırıma bənzədiyini bildirib:“Qəzza zolağında baş verənlər müharibə deyil. Bu soyqırımdır. Bu, əsgərlərlə əsgərlər arasında gedən müharibə deyil. Bu, yüksək təlim keçmiş ordu ilə qadınlar və uşaqlar arasında baş verən müharibədir”.
Bu sözlərdən sonra İsrail hökuməti Lulanı Holokostu əhəmiyyətsizləşdirməkdə ittiham edərək, HƏMAS-ı məhv etmək və 7 oktyabrda silahlı qruplaşma tərəfindən oğurlanan girovları geri almaq üçün mübarizə apardıqlarını bildirib.
"AzPolitika.info"


Şərhlər
Mən əvvəllər düşünürdüm ki, ALLAH son anda rəhmə gələcək heç bir bəndəsini cəhənnəmə verməyəcəkdir. Bir növ bu hərəkəti Onun qüdrətinə uyğun bilmirdim. İndi özüm-özümə sual edirəm:- -Putini, Əsədi, Netanyahunu ALLAH cəhənnəmdə əritməsə vicdanın rahatlıq taparmı ey cahil ƏNHU?