Menu

Rusiyanın daha iki təyyarəsi vuruldu - Üç gündə beş təyyarə...

19.02.2024, 14:23
Rusiyanın daha iki təyyarəsi vuruldu - Üç gündə beş təyyarə...

Bu gün Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha iki hərbi təyyarəsini məhv edib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunlar Su-34 qırıcı-bombardmançısı və Su-35 qırıcısı olub.

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski və Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşşuk sosial şəbəkələrdə paylaşıblar.

Sırski bununla bağlı yazıb: "Bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qoşunlarımızın mövqelərinə idarə olunan bombalarla hücum edən iki Rusiya təyyarəsini məhv etdi. Bir Su-34 qırıcı-bombardmançısı və bir Su-35S qırıcısı."

General bildirib ki, bu, Ukraynanın şərq istiqamətində baş verib.

Xatırladaq ki, iki gün əvvəl - fevralın 17-də səhər eyni istiqamətdə Rusiyanın üç təyyarəsi eyni anda məhv edilib – iki ədəd Su-34 və bir Su-35.

Rusiya təbliğatı yalnız bir təyyarənin itirildiyini etiraf edib. Lakin Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general Nikolay Oleşşuk bu yalanı təkzib edən faktlar təqdim edib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol