PREZİDENTLƏRİN TƏKBƏTƏK GÖRÜŞÜ OLUB - Mətbuata birgə bəyanatla çıxış ediblər + VİDEOLAR (Yenilənib)

Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında "Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı imzalayıblar.

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuata birgə bəyanatla çıxış ediblər.

Həmin görüntüləri təqdim edirik:

***

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2024-02-20 13:49:12

Allah Türkə yar olsun. Etiraf etməliyik ki, Azərbaycan Dövlət Başçısının istər qardaş ölkədə, istər də digər beynəlxalq tədbirlərdə göstərmiş olduğu unikal davranışı, söylədiyi siyasi fikirlər və qətiyyəti təbii ki, bütün ölkə vətəndaşları tərəfindən təqdir edilir. İnanırıq ki, O Ölkədə köklü konstitusion islahatların aparılıb, referenduma və azad parlament seçgilərinə gedib də, ölkədəki mövcud köhnəlmiş idarəetmə sitemini dəyişməklə, ölkənin sosial iqtrisadi inkişafında da öz qətiyyətini ortaya qoyacaqdır. Çünki, Azərbaycanın indi bu islahatlara, həmişəkindən daha çox ehtiyacı var. İnşallah! Yaşasın Azərbaycan Türkiyə qardaşlığ!.

Son yazılar