Ukrayna “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandanı, general Aleksandr Tarnavski bəyan edib ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Avdeyevka istiqamətində yeni müdafiə xətlərində möhkəmləniblər.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna generalı bunu öz “Telegram” kanalında yazıb.
O, son 24 saat ərzində rəhbərlik etdiyi istiqamətdə düşmənin 26 hava hücumu, 33 quru hücum əməliyyatı və 803 artilleriya atəşi həyata keçirdiyini bildirib: “Avdeyevka istiqamətində müdafiəçilərimiz Novobaxmutovka, Lastoçkino və Pervomayski ərazilərində düşmənin 5 hücumunu dəf ediblər. Burada Ukrayna hərbçiləri yeni müdafiə xətlərində möhkəmlənib və rus işğalçılarının hücumu inkişaf etdirmək cəhdlərini uğurla dəf edirlər”.
Tarnavskinin sözlərinə görə, Maryinka istiqamətində Müdafiə Qüvvələri Georgiyevka, Pobeda, Novomixaylovka ərazilərində düşmənin hücumlarını dəf etməkdə davam edir: “Zaporojye istiqamətində düşmən Robotino kəndi ərazisində Müdafiə Qüvvələrinin mövqelərinə 10 dəfə hücum etməyə cəhd edib. Burada ruslar bir neçə zirehli texnikanın cəlb edilməsi ilə kiçik hücum qrupları taktikasına qayıdıblar. Lakin bu hücum cəhdləri dayandırılır, Robotino yaxınlığındakı düşmən məhv edilir”.
“AzPolitika.info”


Şərhlər