"BİZİM ORDULARIMIZ BİR YUMRUQ ANLAMINA GƏLİR" - "Türkiyənin ordu modeli Azərbaycanda tam oturuşub”

“İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”.

"Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var" - deyə, Prezident bildirib.. 

Dövlətimizin başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar