Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb - VİDEO (Yenilənib)

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

***

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.

Bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır: “Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələnin nəzarətə götürüldüyünü qeyd edib.

Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir.

Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.

Bu, məktəblərdə hansı vəziyyətin yarandığını və bir sıra ailələrdə əxlaq səviyyəsinin hara qədər endiyini göstərir. Bu cür hərəkətlərə qarşı sərt tədbirlərin görülməməsi həmin halların təkrarlanmasına səbəb olur.    

635x100

Şərhlər

ƏNHU 2024-02-21 00:59:08

Təəccüblüdür, niyə təhqirə məruz qalan qız heç bir müqavimət göstərmir və xuliqanların qarşısında süçlü kimi görünür. O ki, qaldı "dəlləyə" onu heç türmə də islah etməyəcək. Erkən də olsa öz yolunu müəyyən edib.Atasından qorxmayan qız nə qələt desən qaynadar. Bu onlardandır. Öz adını başqalarının alnına yazır. B professionallıqdır.Hərəkətindən məlum olur ki,bunun bildiyini heç 40 yaşlı arvad bilmir.

ƏDALƏT 2024-02-20 14:42:54

Pul alib buraxacaqlar.

Türk Turan 2024-02-20 11:40:53

Sərt tədbirlərin görülməsini qətiyyətlə tələb edirik. Bu tərbiyəsizlərin layiqli cəzalarının verilməsi lazımdır.

vetendash 2024-02-20 11:12:38

bunu edan usaqlari valideynlerinin ....

Son yazılar