Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib. O bildirib ki, uşaq və ananın təhlükəsizliyi təmin olunub:
"Komitə əməkdaşları, psixoloqlar ana və uşaqla görüşüb vəziyyəti dəyərləndirəcəklər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılıb: "Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".
***
Sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüntülərdən məlumatlıdırlar, məsələ nəzarətə götürülüb:
"Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək".


Şərhlər