Ukraynalıların böyük əksəriyyəti hesab edir ki, Volodimir Zelenski hərbi vəziyyətin sonuna qədər prezident vəzifəsini icra etməlidir.
“AzPolitika.info” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) sorğusunun nəticələrinə görə, ukraynalıların 69 faizi Zelenskinin müharibə bitənə qədər vəzifəsində qalmasının tərəfdarıdır.
Eyni zamanda, sorğuya görə, ölkə vətəndaşlarının 15 faizi müharibənin davam etməsinə rəğmən, seçkilərin keçirilməsində israrlıdır.
Bununla yanaşı, ukraynalıların əksəriyyəti (53%) Zelenskinin növbəti seçkilərdə iştirak etməli olduğunu bildirib. 2023-cü ilin dekabrında bu göstərici 59% idi.
“AzPolitika.info”


Şərhlər
Demək ki, Uktayna xalqı hələ də özlərinin son seçimlərindən dərs almayıblar.