Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan fevralın 22-dən 24-dək İstanbulda olacaq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat verib. Məlumatda deyilir ki, müvafiq qərarı parlamentin spikeri Alen Simonyan imzalayıb.
Erməni deputat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Daimi Komitəsinin xüsusi iclasında iştirak edəcək.
“AzPolitika.info”


Şərhlər