Menu

Moskva məhkəməsi jurnalisti həbsdə saxladı

20.02.2024, 18:30
Moskva məhkəməsi jurnalisti həbsdə saxladı

Moskva Şəhər Məhkəməsi həbs müddətinin uzadılması qərarından verilən apellyasiya şikayətini rədd edərək, “The Wall Street Journal” (WSJ) qəzetinin əməkdaşı Evan Qerşkoviçi həbsdə saxlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Yanvarın 26-da 32 yaşlı jurnalistin həbs müddəti martın 30-dək uzadılıb. Qerşkoviçin müdafiəsi bu qərardan apellyasiya şikayəti verməyə çalışıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Amerikanın “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona müsahibəsində Qerşkoviçi Almaniyada keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlinə görəömürlük həbs cəzasına məhkum edilmiş Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı Vadim Krasikovladəyişməyə hazır olduğuna işarə edib.

Evan Qerşkoviç 2023-cü il martın 29-da Yekaterinburqda saxlanılıb. Ertəsi gün Rusiya FSB jurnalistin casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, jurnalist “Amerika tərəfinin göstərişi əsasında Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb”.

Qerşkoviç və “The Wall Street Journal” ittihamları rədd edir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol