Menu

Husilər Ədən körfəzində İsrailin gəmisinə raket zərbələri endirib

20.02.2024, 23:29
Husilər Ədən körfəzində İsrailin gəmisinə raket zərbələri endirib

Yəmənin üsyançı hərəkatı “Ənsar Allah” Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə raket zərbəsi endirib.

“Report”un xəbərinə görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya sosial şəbəkə hesabında bildirib.

“Yəmən Hərbi Dəniz Qüvvələri bir sıra gəmi əleyhinə raketlərdən istifadə etməklə Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə qarşı əməliyyat keçirib”, - hərəkatın sözçüsü “X”dəki (keçmiş tviter) səhifəsində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol