Menu

Cəbhədəki vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün çox çətindir - Stoltenberq

21.02.2024, 09:26
Cəbhədəki vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün çox çətindir - Stoltenberq

Ukrayna Silahlı Qüvvələri hazırda cəbhədə çox çətin vəziyyətdədir. Bunun bir səbəbi də NATO ölkələrinin onları kifayət qədər sayda mərmi ilə təmin etməməsidir.

APA-nın məlumatına görə, bunu Kanadanın CTV telekanalında Alyansın baş katibi Yens Stoltenberq deyib.

“Cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün çox çətin vəziyyət yaranıb. Avdeyevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini də gördük. Bu ciddidir”, - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol