KAMİL ZEYNALLI MOSKVADA SAXLANILDI - Nədə ittiham olunduğu açıqlandı + VİDEO (Yenilənib)

Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.

Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək.

Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.

***

Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb.

Kamil Zeynallının saxlanılmasına dair yeni videogörüntü yayılıb .

Həmin videonu musavat.com-a istinadə təqdim edirik.

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır: “Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.

Qeyd edək ki, Kamil Zeynallının Rusiyada saxlanılma görüntüləri yayılıb. Videoda K.Zeynallının üzərindəki əşyaların müsadirə olunması əks olunub.

Həmin görüntüləri təqdim edirik:

***

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. 

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.

Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.

K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.

K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.

635x100

Şərhlər

Yasin Minbirli 2024-02-21 10:42:15

On milyon Ana Vətənimizə sadiq Vətəndaşımızın hər birindən üzr istəyirəm!? Kamil Zeynallı Ermənistana nə zərər verə bilərmiş? Əski DQMVnin iyirmi min erməni ailəsi ilkin soyqırımda 18900 nəfər azərbaycanlını vəhşicəsinə məhv edib? Azərbaycan bu günə qədər neçəsini Kremlə və İnterpola axtarışa verib?

Azərbaycanlı 2024-02-21 10:03:31

Hakimiyyətimiz ona sahib çıxmalıdır. Onun düşmən əlinə verilməsinə yol verməməlidir. Ona görə Rusa inanmaq olmaz. Allah köməy olsun Kamilə!

Son yazılar