Üçüncü Dünya Müharibəsinin başlaması ilə bağlı haqlı narahatlıqlar var.
“AzPolitika.info” “Newsweek” nəşrinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Nəşrin yazdığına görə, Rusiyaya dəstək verən respublika rəhbərliyi qarşıdan gələn qarşıdurmaya “mümkün qədər” hazır olmaq planlarını gücləndirib və bu açıqlamanı "Lukaşenko Üçüncü Sünya Müharibəsinə hazırlaşır" kimi şərh edib.
“Dünya yenidən uçurumun astanasındadır. Biz riskləri və təhdidləri neytrallaşdırmaq üçün mümkün qədər hazır olmalıyıq. Üçüncü Dünya Müharibəsi ilə bağlı narahat olmağa əsas var”, - Lukaşenko deyib.
O, əlavə edib ki, NATO üzvü olan ölkələrdən 32 minə yaxın hərbçi Belarus və Rusiyaya yaxın ərazidə yerləşdirilib:“Mən Şərqlə Qərb arasında sivilizasiyalararası qarşıdurmanın hazırkı mərhələsini belə xarakterizə etmək istərdim: maskalar tamamilə atılıb. Biz vəziyyətin nə qədər ciddi olduğunu etiraf etməliyik”.
“AzPolitika.info”


Şərhlər