UKRAYNA ORDUSU RUSİYANIN TƏLİM BAZASINI VURDU - Onlarla hərbçi ölüb və yaralanıb + FOTO/VİDEOLAR (16+)

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Trudovskoye kəndi yaxınlığındakı Rusiya ordusunun təlim poliqonuna zərbələr endirib. 

“AzPolitika.info” VVC-nin Rus xidmətinə istinadla xəbər verir ki, hücum nəticəsində azı 60 nəfər həlak olub.Bu barədə daha əvvəl Rusiyanın müharibəyönlü teleqram kanalları da yazıb.

Hücum fevralın 20-də günorta saatlarında "HIMARS" reaktiv yaylım atəş sistemindən atılan iki raketlə həyata keçirilib. Bu zaman poliqonda 36-cı qvardiya motoatıcı briqadasının hərbçiləri təlimdə idi.

"BBC"-nin məlumatına görə, zərbə zamanı briqadanın 3 alayının hərbçiləri poliqonda düzülərək Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri, general-mayor Oleq Moiseyevin gəlişini gözləyirdilər.

Teleqram kanalları zərbələrdən sonra təlim meydanından foto və videolar yayıblar. Həmin kadrlarda onlarla ölü və yaralı hərbçinin olduğu görünür.

Ukrayna hakimiyyəti xəbərlərə hər hansı reaksiya verməyib.

Rasim Əliyev

“AzPolitika.info”






635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar