KAMİL ZEYNALLI SƏRBƏST BURAXILIB - Bu gün Bakıya qayıdacaq + VİDEO (Yeniləndi)

Kamil Zeynallı azadlığa buraxılıb. O bu gün Bakıya qayıdacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

***

Məlum olduğu kimi, bu gün tanınmış fitnes məşqçisi Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Zeynallı özü videomüraciət yayıb. K. Zeynallı bildirib ki, o, “Domodedovo” hava limanında saxlanılıb. Yerli polis bölməsi əməkdaşları onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və bu səbəbdən saxlanıldığını deyiblər. Lakin Zeynallının sözlərinə görə, beynəlxalq axtarışa verilməsi ilə bağlı ona əvvəlcədən heç bir məlumat verilməyib və bu dövrdə o, bir neçə dəfə sərbəst şəkildə Rusiyaya gedib-gəlib. K. Zeynallı həmçinin sözügedən müraciətində dövlət qurumlarından yardım istəyib.

Qeyd edək ki, məşqçinin saxlanmasına rəsmi Bakıdan reaksiya gecikməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır. Onun sözlərinə görə, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da yerli mətbuata açıqlamasında Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini bildirib: “O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”.

“Unikal”ın əldə etdiyi məlumata görə, Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur. Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək. Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.

Bu barədə hüquqşünas Əlövsət Allahverdiyev “AzPolitika.info”-ya şərhində bildirib ki, Kamil Zeynalının Ermənistan tərəfdən axtarışa verilməsi absurd bir haldır: “Kamil hərbi qulluqçu deyil, birbaşa hərbi əməliyyatlarda iştirak etməyib. O, müharibə cinayəti törətməyibsə, necə beynəlxalq axtarışa veriblər?”

Ə.Allahverdiyevin sözlərinə görə, Zeynallının Ermənistana təhvil veriləcəyi real görünmür.

“Şəxs beynəlxalq axtarışa verilməsi ilə bağlı əvvəlcədən və ya sonradan məlumatlandırılmalıdırmı” sualına isə hüquqşünas belə cavab verib: “Ermənistan tərəfi istənilən şəxsi beynəlxalq axtarışa verə bilər. Lakin bu barədə həmin şəxslərə məlumat verilmir. Çünki onları tapıb, məlumatlandırmaq olmur. Axtarışa verilən şəxslər törətdikləri əməlləri əvvəlcədən bilirlər. Onlar əslində bir növ xəbərdar olurlar ki, nə vaxtsa beynəlxaq axtarışa verilə bilərlər. Amma K. Zeynallı ictimai şəxs, tanınmış idmançıdır və qaçıb hardasa gizlənməyib. Bu baxımdan da onun cinayətkar kimi axtarışa verilməsi anlaşılmazdır”.

“Düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər normaldır, hansısa bir problem yoxdur. Ona görə də bu anlaşılmaz vəziyyət aradan qalxacaq. Başqa bir halla bağlı saxlanılıbsa, araşdırıla bilər. Bəlkə də bizim bilmədiyimiz hansısa cinayət törədib, amma bu da inandırıcı deyil. Hər halda hansısa cinayət törətmiş olsaydı, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilərdi”, - deyə hüquqşünas qeyd edib.

“AzPolitika.info”

***

“Rusiya qanunvericiliyinə əsasən, Kamil Zeynallı bir ay müddətində təcridxanaya yerləşdirilməli və Ermənistan bu müddətdə bütün sənədləri Rusiya Baş Prokurorluğuna təqdim etməlidir. Daha sonra onun Ermənistana verilib-verilməməsi məsələsinə baxılacaq”.

Bunu Rusiyada yaşayan azərbaycanəsilli hüquqşünas Elman Paşayev fitnes məşqçisi Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib.

E.Paşayev bildirib ki, beynəlxalq konvensiyaya görə, saxlanılan şəxsi beynəlxalq axtarışa düşmən ölkə veribsə, o, həmin ölkəyə ekstradisiya edilməməlidir: “Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Ona görə də Rusiya onu heç cür Ermənistana verə bilməz”.

Hüquqşünas onu da bildirib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərinə götürməyə hazırdır.

Daha ətraflı süjetdə:

635x100

Şərhlər

ƏNHU 2024-02-22 01:36:32

Ermənilər görsün ki, Rusiya Federasiyası Kamili ermənistan dövlətindən dəyərli hesab etdi. Oturduğum yerdə necə sevindim alə.

adam 2024-02-21 21:09:23

.... Bu kimdir ki, bu gün xəbərlərə baxa bilmədim bunu əlindən.Gündəmi zəbt edib durmuşdu. ....

Tahir 2024-02-21 13:21:10

Adama deyərlər ki, ay ....bu sənə tik-tik deyil. Bilirsən ki, axtarışdasan rədd ol otur yerində də. İndi də zarıyırsan ki, dövlətim məni qurtarsın.

Son yazılar