Menu

Şahramanyanın cangüdəni həbs edildi – Narkotikə görə...

21.02.2024, 13:07
Şahramanyanın cangüdəni həbs edildi – Narkotikə görə...

Qarabağdakı keçmiş qondarma qurumun başçısı Samvel Şahramanyanın cangüdənlərindən biri İrəvanda həbs edilib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatının yazdığına görə, Şahramanyanın Aşot Danielyan adlı cangüdəninə qarşı hüquq-mühafizə orqanları cinayət işi qaldırıblar: “İstintaq Komitəsindən məlumat verilib ki, fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Danielyanı narkotik maddə saxlamaqda və satmaqda şübhəli bilinərək polis bölməsinə gətiriblər.

Hadisə ilə bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. Müstəntiqin qərarı ilə o, saxlanılıb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol