Menu

Ukraynalıların Türkiyəyə münasibəti... - “Dost ölkələr”lə bağlı sorğunun nəticələri açıqlandı

21.02.2024, 18:02
Ukraynalıların Türkiyəyə münasibəti... - “Dost ölkələr”lə bağlı sorğunun nəticələri açıqlandı

Ukraynalıların əksəriyyəti əsasən ABŞ və Böyük Britaniyanı (hər biri 81%), Almaniyanı (80%), Polşa və Litvanı (hər biri 79%), Kanadanı (78%), Fransanı (70%) və Yaponiyanı (55%) Ukraynaya dost ölkə hesab edirlər. 

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələri göstərir.

Polşa ukraynalıların əksəriyyəti üçün dost ölkə olaraq qalır. Lakin müsbət reytinq ötən ilin iyun ayı ilə müqayisədə 94%-dən 79%-ə düşüb. Həmçinin Polşanı “mütləq dost” hesab edənlərin payı 79%-dən 33%-ə enib.

Reytinqdə Türkiyənin də adı var. Məlum olub ki, ukraynalıların demək olar, tən yarısı – 51 faizi Türkiyəni Ukrayna üçün “neytral ölkə” sayırlar. Türkiyəni dost hesab edənlər isə 30 faizdir. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 10 faiz azalıb.

Ukraynalıların düşmən hesab etdiyi ölkələrə gəlincə, ilk üçlük Rusiya(97 faiz), Belarus(90 faiz) və İrandan(75 faiz) ibarətdir. Çini düşmən hesab edənlər 58 faizdir. NATO üzvü olan Macarıstan da 52 faizlə “düşmən ölkələr” siyahısında yer alır.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol