Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.
“Report” xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
“Vətənə qayıtmağa heç ümidim yox idi. Məni MDB ölkələri üzrə axtarışa veriblər və bu quruma üzv dövlətlərə gedə bilmərəm”, - Moskvadan Bakıya qayıdan Kamil Zeynallı deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar”.
Xatırladaq ki, K. Zeynallı Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.

Şərhlər
Əvvəl düzü mən də inandım. Ancaq sonra başa düşdüm ki Ac kasıbçılıq ehtiyac içərisində boğulan millətin bir günü də belə getdi
Bu şou nəyə lazım idi,
başqa yolla gündəmə gələ bilmirlər?!!