BAYDEN PUTİNİ TƏHQİR ETDİ – “Bizdə Putin kimi başı xarab...”

ABŞ prezidenti Co Bayden çərşənbə günü Kaliforniyada keçirilən ictimai ianə aksiyasında Vladimir Putini təhqir edib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, qısa çıxışı zamanı Bayden Putin kimi “başıxarabların” dünya üçün nüvə təhlükəsi yaratdığını bildirib: "Bizdə Putin kimi başı xarab it oğlu və onun kimi başqaları var. Biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir".

Bayden bildirib ki, ABŞ Aleksey Navalnının Rusiya həbsxanasında ölümünə görə Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini cümə günü elan edəcək.

San-Fransiskoda keçirilən ianə aksiyasında Bayden həmçinin potensial prezidentliyə namizədi Donald Trampı onun hüquqi problemlərini Navalnınınki ilə müqayisə etdiyinə görə sərt tənqid edib: “O, özünü Navalnı ilə müqayisə etdi. Dedi ki, ölkəmiz kommunist ölkəsinə çevrildiyindən Navalnını necə təqib edirlərsə, o da təqib olunur. Lənətə gəlsin, bunu necə təsəvvür edə biləcəyinizi bilmirəm”.

Xatırladaq ki, bundan öncə Bayden Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalını başladan Putini “qəssab” və “hərbi cani” adlandırmışdı.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar