Menu

Dövlət Sosial Müdafiə Fondu zərərdən mənfəətə keçib

22.02.2024, 13:19
Dövlət Sosial Müdafiə Fondu zərərdən mənfəətə keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2022-ci ili 24,36 milyon manat mənfəətlə başa vurub. Halbuki, Fond 2021-ci ildən 4,69 milyon manat zərərlə çıxmışdı.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü il yanvarın 1-nə DSMF-nin aktivləri 5 milyard 906,328 milyon manat olub ki, bu da illik müqayisədə 47,55 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 47,3 % artaraq 5 milyard 854,031 milyon manata, balans kapitalı isə 85,7 % artaraq 52,297 milyon manata çatıb.

Xatırladaq ki, DSMF 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Şərhlər

ƏNHU 2024-02-23 01:25:36

Bu gəlir necə əldə edilibsə detalları ilə iictimaiyyətə izah edilməlidir. Əks təqdirdə biz sıravilər belə düşünəcəyik ki, gəlir adlanan bu pul kütləsi ya sosial müdafiə üçün ayrılmış vəsaitləin ünvanına yönləndirilməməsindən əldə edilib, ya da bu vəsait hansısa qara qüvvələrə sələm şəklində verillərək faizi gizlədilməsi mümkün olmayan həddə qədər şişdiyindən qabaqlayıcı tədbir kimi hökumətə gəlir adı altında bəyan edilib. Nə qədər ki, mənbə göstərilməyib inanmayacağıq və belə düşünəcəyik.

Vəli 2024-02-22 18:14:02

Pensiyaları kəsməklə mənfəət əldə ediblər, eləmi?

Mühasib 2024-02-22 15:08:05

Sosial Müdafiə fondu biznes obyektidir k,ziyandan mənfəətə keçir?Bu fondda mənfəət necə yarana bilər?Dövlətin əhalinin sosial vəziyyəti üçün ayırdığı vəsaiti ünvanına çardırmaqdan başqa fondun hansı fəaliyyəti ola bilər ki, o mənfəət qazansın?Fond idarə xərclərini əvvəldən tutulmuş və təsdiqlənmiş smeta üzrə etməyəndə zərər yarada bilər.Ancaq məfəət yaranması yalnız əhaliyə çatacaq vəsaitlərin zamanında ünvana çatdırılmaması və ya qanun pozaraq çatdırılmalı olan vəsaiti qanunsuz olaraq saxlamaqla mümkün ola bilər..Bu isə normal hal deyildir və ciddi qanun pozunrusu sayəsində mənfəət mümkün ola bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol